• Bakı C

    11.2 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

BƏƏ İrandan atılan raket və dronları zərərsizləşdirdiyini bildirib

DÜNYA

16 Mart 2026 | 11:29

BƏƏ İrandan atılan raket və dronları zərərsizləşdirdiyini bildirib

Birləşmiş Ərəb Əmirlikləri hava hücumundan müdafiə sistemlərinin İrandan atılan raket və dronları zərərsizləşdirdiyini açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Müdafiə Nazirliyi partlayış səslərinin məhz ələ keçirilən hədəflərin məhv edilməsi ilə əlaqəli olduğunu bildirib.

Bəyanatda hücumların İran tərəfindən həyata keçirildiyi vurğulanaraq ölkənin müdafiə bölmələrinin tam hazırlıq vəziyyətində olduğu qeyd edilib.

Qeyd edək ki, regionda gərginlik ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra daha da artıb və İran rəsmiləri hücumlar nəticəsində 1348 nəfərin öldüyünü, 17 mindən çox insanın yaralandığını açıqlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

15 Mart 2026