Astrologiyaya görə bəzi bürclər pul idarəsi, strateji düşünmə və fürsətləri düzgün dəyərləndirmə baxımından digər bürclərdən daha üstün ola bilər. Disiplinli xarakterləri, güclü intuisiyaları və qərarlı şəxsiyyətləri sayəsində maddi uğur əldə etmə potensialı yüksək olan bürclər diqqət çəkir.
Bakıvaxtı.az xəbər verir ki, hər bürcün xarakteri fərqli olsa da, bəzi bürclər təbii olaraq pul qazanma, sərmayə qoyma və karyera pillələrini qalxma qabiliyyətinə malikdir. Astrologiyaya görə, bu bürclər həm çalışqanlıqları, həm də fürsətləri düzgün zamanda dəyərləndirmələri sayəsində maliyyə baxımından uğura daha asan çata bilirlər.
OĞLAQ
Oğlaq bürcü astrologiyada disiplin və karyera ilə əlaqələndirilir. Hədəflərinə çatmaq üçün uzun müddət səbrlə çalışan Oğlaqlar maddi məsələlərdə planlı davranır. Risk götürmədən addım atmağı üstün tutan bu bürc, zamanla davamlı və sabit maliyyə uğuru əldə edə bilər.
BUĞA
Buğa bürcü pul və rahatlıqla sıx bağlıdır. Maddi təhlükəsizlik buğalar üçün önəmlidir. Buna görə qazancını qorumağı, yığım etməyi və əllərində olanı artırmağı yaxşı bacarırlar. Səbrli xarakterləri uzunmüddətli sərmayələrdə uğur qazanmaq potensialını yüksəldir.
ƏKİZLƏR
Əkizlər güclü intuisiyaları və strateji düşünmə qabiliyyətləri ilə seçilir. Maliyyə, sərmayə və sahibkarlıq sahələrində riskləri düzgün analiz edə bilirlər. Bir hədəf müəyyən etdikdə isə ona çatmaq üçün qərarlı şəkildə çalışmaq maddi uğura yol açır.
QIZ
Detallara diqqət yetirən və planlı hərəkət edən Qız bürcləri pul idarəsində uğurlu ola bilər. Xərclərini nəzarətdə saxlamağı bacaran qızlar maliyyə məsələlərində disiplinli davranır. Bu xüsusiyyətləri sayəsində zamanla möhkəm maddi vəziyyət qura bilərlər.
ŞİR
Şir bürcü liderlik qabiliyyəti və özünəinamı ilə fərqlənir. Böyük düşünməyi sevən şirlər sahibkarlıq sahəsində cəsur davranış göstərə bilər. Doğru fürsətləri dəyərləndirdikdə böyük uğur qazanma potensialına malik olan bu bürc maddi baxımdan güclü mövqeyə çata bilər.
Aynur Babazadə
Bakı 




