• Bakı C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

15 yaşında ərə gedən qızın uşağı oldu - Cinayət işi açıldı

CƏMİYYƏT

16 Mart 2026 | 13:24

15 yaşında ərə gedən qızın uşağı oldu - Cinayət işi açıldı

Astara rayonunda yetkinlik yaşına çatmayan qızla ailə quran gənc cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya isitnadən məlumatına görə, bir müddət əvvəl rayonun kəndlərindən birində yaşayan 15 yaşlı F.Zamanova (şərti) xəstəxanaya müraciət edib və onun hamilə olduğu müəyyən edilib. Bu ilin 7 mart tarixində isə onun övladı dünyaya gəlib.

Aparılan araşdırmalarla F.Zamanovanın qonşuluqda yaşayan 2002-ci il təvəllüdlü Əli Hətəmovla (soyad şərtidir) münasibətdə olduğu və daha sonra evləndikləri müəyyən edilib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Astara Rayon Məhkəməsinin 10 mart tarixli hökmü ilə Ə.Hətəmova 1 il həbs cəzası verilib. Lakin cəza 1 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.


SON XƏBƏRLƏR