• Bakı C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

İndiki mərhələdə təxribatın əsas aləti SEPAH-dır - AÇIQLAMA

DÜNYA

16 Mart 2026 | 16:07

İndiki mərhələdə təxribatın əsas aləti SEPAH-dır - AÇIQLAMA

“İran nüvə və raket proqramını məhv etmək məqsədini demək olar ki, yerinə yetirmiş ABŞ-İsrail koalisiyası ilə müharibəyə Fars körfəzi ölkələrini, eləcə də Türkiyəni və onun müttəfiqi Azərbaycanı cəlb etməyə ciddi şəkildə çalışır”.

Bunu Bakıvaxtı.az-a amıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş XİN başçısının sözlərinə görə, indiki mərhələdə təxribatın əsas aləti SEPAH-dır:

“Bəziləri bunun qeyri-məntiqli iddia olduğunu deyəcək və qismən haqlı da olacaqlar. Lakin SEPAH-ın kurasiyasında olan sahələrdəki bütün uğursuzluqları xatırlasaq, ağlabatan bir məntiq yaranır. Ya onlar bütövlükdə axmaqdırlar, ya da elitalarının böyük bir hissəsi neft qaçaqmalçılığı ilə qazandıqları sərvətləri qorumaq müqabilində “sionist düşmənə” satılıb”.

Tofiq Zülfüqarov, keçmiş XİN başçısı

Zülfüqarov xatırladıb ki, müasir tarixdə elitaların tam xəyanətinə dair çoxlu nümunələr var:

“Səddam Hüseynin generalları, Əfqanıstanın tayfa başçıları, Qorbaçov və Yeltsinin ətrafındakı bir çox şəxslər və s. İranın regional rəqiblərini Rusiya-Ukrayna müharibəsinə bənzər, qarşılıqlı sivilizasiya deqradasiyası prosesini hədəfləyən uzunmüddətli münaqişəyə cəlb etmək cəhdi “sövdələşmə həvəskarı” üçün ən sərfəli ssenaridir”.

Aydın Baxış


SON XƏBƏRLƏR