İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əlaqələndirmə Qərargahının Xocavənd şəhərində baş tutan iclasında məlumat verilib.
Qeyd edilib ki, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub.
Görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.
Bakı 




