• Bakı C

    11.2 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Paşinyan: Ermənistanda 15 yeni bənd layihəsi üzərində iş aparılır

DÜNYA

16 Mart 2026 | 11:43

Paşinyan: Ermənistanda 15 yeni bənd layihəsi üzərində iş aparılır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə 15 bənd layihəsinin planlaşdırıldığını bildirib.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, Arenidə sakinlərlə və Vətəndaş Müqaviləsi Partiyasının nümayəndələri ilə görüşündə layihələrin mürəkkəb proses tələb etdiyini vurğulayıb.

Paşinyanın sözlərinə görə, iqlim dəyişikliyi səbəbindən su hövzələrinin köhnə xəritələri artıq etibarlı hesab edilmir və yeni müşahidələr aparılmalıdır.

Baş nazir Yelpin bəndinin təsdiqləndiyini və növbəti mərhələdə layihələndirmə, ekspertiza və tikinti üçün tender prosesinin həyata keçiriləcəyini qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

15 Mart 2026