• Bakı C

    11.2 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Bu səhmdar cəmiyyətlərinin səhmləri satışa çıxarılır – SİYAHI - TARİX

CƏMİYYƏT

16 Mart 2026 | 11:34

Bu səhmdar cəmiyyətlərinin səhmləri satışa çıxarılır – SİYAHI - TARİX

Azərbaycanda bir sıra səhmdar cəmiyyətlərinin səhmləri satışa çıxarılır.

Bakıvaxtı.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac aprelin 20-24-də baş tutacaq.

Məlumata görə, hərracda "Lerik Kəndkimya", "Yevlax Kəndnəqliyyat" və "Əli Bayramlı Konserv" səhmdar cəmiyyətlərinin səhmlərinin bir hissəsi hərraca çıxarılacaq.

Pul hərracında satışa çıxarılacaq bir səhmin nominal dəyəri 2 manatdır.

Sifarişlərin qəbulu 2026-ci il 20-24 aprel tarixlərində saat 9.00-dan 18.00-dək Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında aparılacaq.

2026-cı il aprelin 20-24-də keçiriləcək pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumatı təqdim edirik:

Sıra №-siSəhmdar cəmiyyətin adı,
təsis tarixi və
sərəncamın №-si
ÜnvanıNizamnamə
kapitalının
həcmi
(manat)
Buraxılan
səhmlərin
ümumi sayı
(ədəd)
Bir səhmin
nominal
dəyəri
(manat)
İxtisaslaşdırılmış pul hərracına çıxarılan səhmlər
Sayı
(ədəd)
Nizamnamə
kapitalında
%-lə
1Lerik Kəndkimya №1178 15.12.1997Lerik rayonu, Bilnə kəndi65 807.2032 9032.0987130.00
2Yevlax Kəndnəqliyyat №833 13.10.1997Yevlax şəhəri, Nizami küçəsi, 37225900.60112 9502.03390630.02
3Əli Bayramlı Konserv №761 22.09.1997Şirvan şəhəri,Cənub sənaye rayonu837777.60418 8892.012568330.00

SON XƏBƏRLƏR

15 Mart 2026