Hörmüz boğazının təmizlənməsi üçün müttəfiqlərimiz yardımdan imtina edəcəyi təqdirdə NATO-nun gələcəy pis ola bilər.
Bakıvaxtı.az xəbər verir ki. bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, Pekinin buna əməl etmədiyi halda Çinə səfərini təxirə sala biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, Avropa və Çin, ABŞ-dən fərqli olaraq, Körfəz neftindən çox asılıdır:
"Bu boğazdan faydalananların orada pis bir hadisənin baş verməməsini əmin etmələri tamamilə normaldır. Əgər Amerikanın sorğusuna cavab verilməsə və ya cavab mənfi olarsa, düşünürəm ki, bu, NATO-nun gələcəyi üçün çox pis nəticələrə səbəb olacaq".
Tramp onu da əlavə edib ki, Hörmüz boğazının təmizlənməsinə Çin də kömək göstərməlidir, çünki neftinin 90%-ni boğazdan idxal edir:
"31 mart - 2 aprel tarixlərində Si Cinpinlə görüşümüz planlaşdırılır. Çinə dövlət səfərimdən əvvəl Pekindən cavab almaq istəyirəm. O vaxtdan əvvəl bilmək istərdik, əks halda səfərimi təxirə sala bilərəm".
Qeyd edək ki, Tehran İsrail-Amerika hücumlarına cavab olaraq, Hörmüz boğazını hədəf alır və onu keçilməz hala gətirməyi hədəfləyir. Bu strategiya qlobal iqtisadiyyatı çökdürmək və neft qiymətlərinin artmaqda davam etməsi səbəbindən Vaşinqtona təzyiq göstərmək üçün nəzərdə tutulub. Hörmüz boğazı, adətən dünya karbohidrogen istehsalının beşdə birinin keçdiyi strateji su yoludur.
Aydın Baxış
Bakı 




