• Bakı 28° C

    14.35 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Dubay hava limanı uçuşları dayandırdı

DÜNYA

16 Mart 2026 | 08:02

Dubay hava limanı uçuşları dayandırdı

"Dubay hava limanında dron hücumundan sonra uçuşlar dayandırılıb".

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Əmirlik hakimiyyəti açıqlama yayıb.

Açıqlama bildirilir ki, pilotsuz təyyarənin iştirakı ilə baş verən hadisə səbəbindən yanacaq çəninin alovlanmasından sonra Dubay Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

"Dubay Mülki Aviasiya İdarəsi bütün sərnişinlərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün ehtiyat tədbiri olaraq Dubay Beynəlxalq Hava Limanında uçuşların müvəqqəti olaraq dayandırıldığını elan edir", - Dubay xəbər ofisi "X" platformasında bildirib.

Qurum əlavə edib ki, tank yanğını nəzarət altına alınıb və itki yoxdur.

Aydın Baxış

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026