Fransanın Nitsa şəhərində 13 yaşlı oğlan 42 yaşlı anasını çəkiclə öldürüb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, prokurorluq gəncin günahını etiraf etdiyini açıqlayıb. Dövlət prokuroru Damien Martinelli bildirib ki, oğlan əvvəl hadisədə iştirakını inkar etsə də, daha sonra etiraf edib:
“Anam məni spirtli içki qəbul etməkdə günahlandırırdı. Bunun üstündə mübahisə etdik. Önce onu itələdim, o yenidən üstümə gəldi və çəkici götürərək başına vurdum.”
Polis və təcili yardım Nitsanın şərqindəki Luis-Brayl yaşayış layihəsindəki mənzilə gəliblər. Qapını açdıqda başından ciddi xəsarət almış ananı və şok vəziyyətində olan oğlanı aşkar ediblər. Təcili yardımın səylərinə baxmayaraq qadın həyatını itirib.
Aydın Baxış
Bakı 




