• Bakı 10° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

"Fransanı hədəf almayın" - Makrondan Pezeşkiana

DÜNYA

16 Mart 2026 | 07:50

Fransanı hədəf almayın - Makrondan Pezeşkiana

"İraqda bir fransız əsgərinin ölümündən sonra İrandakı müharibənin yaratdığı regional gərginlikdə Fransanın hədəfə alınması qəbuledilməzdir".

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkiana bildirib.

Fransa prezidenti "X" platformasında yazıb:

"Mən ona xatırlatdım ki, Fransa öz maraqlarını, regional tərəfdaşlarını qorumaq və naviqasiya azadlığını dəstəkləmək üçün ciddi müdafiə çərçivəsində müdaxilə edir və ölkəmizin hədəfə alınması qəbuledilməzdir" .

Emmanuel Makron həmçinin Məsud Pezeshkianı İranda saxlanılan iki Fransa vətəndaşının tez zamanda geri qaytarılmasını təmin etməyə çağırıb:

"Həmçinin İran prezidentindən Sesil Koler və Jak Parisin mümkün qədər tez Fransaya təhlükəsiz şəkildə qayıtmalarına icazə verməsini istədim. Onların sınağı çox uzun çəkib və onların yeri ailələrinin yanıdır".

Aydın Baxış

 


SON XƏBƏRLƏR

15 Mart 2026