“Barselona” klubunun prezidenti vəzifəsinə seçkilər keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu yer uğrunda əvvəlki klub prezidenti Xuan Laporta və Viktor Font mübarizə aparıb.
Xuan Laporta rəqibini böyük fərqlə qabaqlayaraq yenidən, ümumilikdə 3-cü dəfə “Barselona”nın prezidenti seçilib. O, səslərin 68.18 faizini toplayıb. Laporta daha 5 il kluba rəhbərlik edəcək.
Qeyd edək ki, Laporta daha əvvəl 2003–2010 və 2021–2026-cı illərdə Kataloniya klubunun prezidenti olub.
Bakı 




