• Bakı C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Ankarada baş verən ağır qəzada iki nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb

DÜNYA

16 Mart 2026 | 01:02

Ankarada baş verən ağır qəzada iki nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb

Türkiyənin paytaxtı Ankarada ağır yol qəzası baş verib.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə paytaxtın Polatlı rayonunda qeydə alınıb.

Belə ki, minik avtomobili ilə toqquşan mikroavtobus aşıb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

15 Mart 2026