İran hüquq-mühafizə orqanları düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən ən azı 500 nəfəri saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran polisinin rəisi Rza Radan məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslər məlumatları düşmən tərəfə və anti-İran KİV-lərinə ötürməkdə şübhəli bilinirlər.
“Düşmənə və İran əleyhinə fəaliyyət göstərən mediaya məlumat ötürən 500 casus saxlanılıb. Onlardan 250-si mühüm fiqurlar olub. Onlar hədəflərə zərbə endirilməsi üçün məlumat verib, müxtəlif qruplarla əlaqə saxlayıb və ictimai asayişi pozmağa çalışıblar”, – deyə Rza Radan İranın dövlət teleradio şirkətinə açıqlamasında bildirib.
Bakı 




