• Bakı C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Çin orbitə məsafədən zondlama peyki buraxıb

DÜNYA

15 Mart 2026 | 22:43

Çin orbitə məsafədən zondlama peyki buraxıb

Çinin "Changzheng-6A" ("Böyük yürüş - 6A") raket daşıyıcısı bazar günü mülki istifadə üçün nəzərdə tutulmuş "Yaogan-50 02" məsafədən zondlama kosmik aparatını orbitə çatdırıb.

Bakıvaxtı.az bu barədə CGTN-ə istinadən xəbər verir.

Orta sinifli "Changzheng-6A" daşıyıcısı Çinin şimalındakı Şansi əyalətində yerləşən Tayyuan kosmodromundan start götürüb. Kosmik aparat ştat rejimində 500 km hündürlükdəki hədəf orbitinə çıxarılıb.

"Yaogan" seriyalı peyklər, əsasən, ərazilərin topoqrafik xəritəsinin çəkilməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının monitorinqi, habelə təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün tətbiq edilir. Bununla belə, müstəqil Qərb analitikləri bu aparatları kəşfiyyat peykləri kateqoriyasına aid edirlər.

"Yaogan" kosmik aparatı Çin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) törəmə strukturu olan Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb.


SON XƏBƏRLƏR

15 Mart 2026