• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Makronla Pezeşkian telefon danışında nələrdən danışıblar? - YENİLƏNİB 

DÜNYA

16 Mart 2026 | 05:37 | Müəllif: Əli Hüseynov

Makronla Pezeşkian telefon danışında nələrdən danışıblar? - YENİLƏNİB

Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığınida nələrin müzakirə olunduğunu açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Makron "X" hesabında bildirib ki, söhbət zamanı İranı region ölkələrinə qarşı həyata keçirilən qəbuledilməz hücumları dayandırmağa çağırıb. Onun sözlərinə görə, bu hücumlar həm birbaşa, həm də vasitəçilər vasitəsilə, o cümlədən Livan və İraqda həyata keçirilir.

Makron qeyd edib ki, regionda müşahidə olunan nəzarətsiz gərginlik bütün Yaxın Şərqi xaosa sürükləyir.

“Nəzarətdən çıxan eskalasiya bütün regionu xaosa sürükləyir və bunun həm bu gün, həm də gələcək illər üçün ciddi nəticələri olacaq”, - Fransa Prezidenti yazıb.

Bundan əlavə, o, Hörmüz boğazında gəmiçilik azadlığının mümkün qədər tez bərpa edilməsinə çağırıb.

***

00:36

İran Prezidenti Məsud Pezeşkian və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

    Məlumata görə, telefon danışığı zamanı tərəflər regiondakı son hadisələr, regional təhlükəsizlik məsələləri və beynəlxalq gündəmdə duran aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR