Azərbaycanda bu həftə 4 günlük iş həftəsi olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, Novruz və Ramazan bayramları ilə əlaqədardır.
Belə ki, bu il Novruz bayramı - martın 20-si cümə gününə təsadüf edir. Bundan başqa, Novruz və Ramazan bayramı günləri üst-üstə düşür. Martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart tarixləri də qeyri-iş günləri olacaq.
Martın 20, 21-də qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşəcəyindən növbəti iş günü istirahət günü hesab olunur.
Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.
Nərgiz Məmmədli
Bakı 




