Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Molla Vəli Vidadi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 152 mm-lik top mərmisinin OF-22 başlığı olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
***
10:38
Sumqayıt şəhərində partlamamış hərbi sursat aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, ərazidə aparılan işlər zamanı 1 ədəd partlamamış top mərmisi tapılıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və təhlükəsizlik qaydalarına əməl olunmaqla mərmi oradan götürülüb.
Bakı 






