• Bakı C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb

DÜNYA

15 Mart 2026 | 23:55

Qazaxıstanda keçirilən referenduma dair exit-poll nəticələri açıqlanıb

Qazaxıstanda keçirilən yeni konstitusiyanın qəbulu ilə bağlı keçirilən referenduma dair ilkin "exit-poll" nəticələri açıqlanıb.

Bakıvaxtı.az "Kazinform" agentliyinə istinadən xəbər verir ki, Avrasiya İnteqrasiya İnstitutu tərəfindən keçirilən sorğu ölkənin əsas qanununun yeni redaksiyasını vətəndaşların 86,7 %-nin dəstəklədiyini göstərib.

Seçicilərin fəallığı (iştirak faizi) 75,3 % təşkil edib. Ölkə üzrə 200 seçki məntəqəsində aparılan araşdırmada 30 min nəfər iştirak edib.

Astana Kompleks Sosial Araşdırmalar İnstitutunun ("Sotsis-A") "Kazinform" tərəfindən təqdim olunan "exit-poll" nəticələrinə görə, sorğuda iştirak edən vətəndaşların 87,4 %-i yeni konstitusiyanın lehinə səs verib. Məlumata görə, seçki məntəqələrində aktivlik 73,8% təşkil edib.


SON XƏBƏRLƏR

15 Mart 2026