• Bakı C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazanıb

İDMAN

15 Mart 2026 | 21:51

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, bürünc medal uğrunda görüşdə macarıstanlı Petro Jitovozu 6:3 hesabı ilə məğlub edib.

Bu, Avropa çempionatında Azərbaycanın 5-ci bürünc medalı olub. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) və Fərid Sadıxlı (55 kq) da bürünc medal sahibi olublar.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.


SON XƏBƏRLƏR