• Bakı C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

İran BƏƏ-nin əsas dəniz limanına hücum etdi

DÜNYA

16 Mart 2026 | 13:32

İran BƏƏ-nin əsas dəniz limanına hücum etdi

Birləşmiş Ərəb Əmirliklərinin əsas dəniz limanı olan Fuceyrə dron hücumuna məruz qalıb. Hadisədən sonra limanda gəmilərə neftin yüklənməsi dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Liman bundan bir neçə gün əvvəl də İrana məxsus pilotsuz uçuş aparatının hücumuna məruz qalmış və nəticədə liman ərazisində yanğın baş vermişdi. Yükləmə işləri yalnız həftəsonu bərpa olunmuşdu.

Qeyd edək ki, Fuceyrə neft və yanacaq materiallarının daşınması baxımından qlobal strateji əhəmiyyətli limanlardan sayılır. Əbu-Dabidəki əsas neft yataqlarına qədər uzanan boru kəmərinin son nöqtəsində yerləşən liman həm Birləşmiş Ərəb Əmirlikləri, həm də dünya bazarı üçün mühüm əhəmiyyət kəsb edir.


SON XƏBƏRLƏR