• Bakı C

    11.07 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Bu dəfə onlarla söhbətini PAYLAŞDI - VİDEO

DÜNYA

16 Mart 2026 | 18:44

Bu dəfə onlarla söhbətini PAYLAŞDI - VİDEO

İsrailin Baş naziri Binyamin Netanyahu son günlər barəsində yayılan “ölüm” və “süni intellekt” iddialarına cavab olaraq növbəti video paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir “X” hesabında vətəndaşlarla söhbətini əks etdirən görüntüləri “Təlimatlara əməl etməklə birlikdə qalib gələcəyik” başlığı ilə təqdim edib.

Videoda Netanyahunun vətəndaşlarla söhbət etməsi və onları ayıq-sayıq olmağa çağırdığı görünür.

Xatırladaq ki, fevralın 28-dən başlayan İran-İsrail müharibəsi fonunda sosial şəbəkələrdə Netanyahunun öldürüldüyü və ya gizləndiyi barədə çoxsaylı şayiələr yayılmışdı. Xüsusilə onun martın 12-də keçirdiyi mətbuat konfransındakı görüntülərində sağ əlində “altı barmaq” olduğu iddia edilərək videonun süni intellektlə hazırlandığı irəli sürülmüşdü.

Məlumat üçün bildirək ki, bundan öncəki videoda Netanyahu iddialara eyham vuraraq, hər iki əlini kameraya göstərib şayiələri lağa qoymuşdu.


SON XƏBƏRLƏR