• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Fransada mer ölü TAPILDI

DÜNYA

16 Mart 2026 | 21:04 | Müəllif: Subhan Mahmudov

Fransada mer ölü TAPILDI

Fransanın Viodos-Abens-de-Ba kommunasının meri Kristian Bersait bələdiyyə seçkisinin birinci turunda məğlub olub və bir müddət sonra ölü halda tapılıb.

Bakıvaxtı.az bu barədə "Figaro" nəşrinə istinadən xəbər verir.

Seçkinin birinci turu martın 15-də keçirilib. Ertəsi gün səhər K.Bersait yerli jandarmeriya bölməsinin əməkdaşları tərəfindən kommunanın yaxınlığındakı meşəlik ərazidə ölü halda aşkarlanıb. Onun avtomobili də orada olub.

K.Bersaitin intihar etdiyi ehtimal olunur. Prokurorluq araşdırma aparır.

Fransada bələdiyyə seçkisinin ikinci turu martın 22-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026