• Bakı C

    12 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Məktəblərdə neçə gün dərs olmayacaq?

CƏMİYYƏT

16 Mart 2026 | 20:21

Məktəblərdə neçə gün dərs olmayacaq?

Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar məktəblərdə 11 gün dərs olmayacaq.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günləri müəyyən edilib.

Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq.

28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.

Beləliklə, bayramlardan sonra məktəblərdə ilk dərs günü martın 31-də olacaq.


SON XƏBƏRLƏR