• Bakı C

    12 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Unudulan xəstə gecəni MRT aparatında keçirdi - Çində kuryoz hadisə

DÜNYA

16 Mart 2026 | 20:07

Unudulan xəstə gecəni MRT aparatında keçirdi - Çində kuryoz hadisə

Çində, Hubei əyalətinin Vuhan şəhərindəki xəstəxana işçiləri bir xəstəni unudaraq altı saat MRT aparatında buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Mothership” məlumat yayıb.

Belə ki, axşam saatlarında Tan adlı şəxs MRT-yə göndərilib. Prosedur təxminən 20 dəqiqə çəkməli idi, lakin bu müddət keçəndən sonra o unudularaq aparatda buraxılıb.

Tan bütün gecəni, təmizlik işçisinin onun fəryadını eşidib təhlükəsizlik çağırana qədər orada keçirməli olub.

Qeydlərə görə, müayinə vaxtında başa çatıb. Xəstəxana qarışıqlığın növbə dəyişikliyi ilə bağlı olduğunu izah edib.

Araşdırmadan sonra komissiya xəstəxana işçilərinin Tanı aparatda qoyaraq növbə təhvil vermə protokolunu pozduğunu müəyyən edib. Məsul şəxslər işdən kənarlaşdırılıb. Klinika rəhbərliyi xəstədən üzr istəyib.

Həmçinin bildirilir ki, həyat yoldaşı Tanın itkin düşməsi barədə polisə məlumat veribmiş./Qafqazinfo

 


SON XƏBƏRLƏR