• Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Bakıda mədəniyyət və hüquq məsələləri ilə bağlı panel müzakirə keçirilib

MƏDƏNİYYƏT

10 Dekabr 2025 | 13:16

Bakıda mədəniyyət və hüquq məsələləri ilə bağlı panel müzakirə keçirilib

Bakıda "Mədəniyyət və hüquq: Müasir Çağırışlar Forumu"nda "Mədəniyyət və hüquq" adlı panel müzakirə keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, panel iştirakçıları mədəniyyət və hüquq anlayışlarının paralel inkişafı və bunun cəmiyyətə təsiri ətrafında fikir mübadiləsi aparıblar.

Kulturoloq, professor Fuad Məmmədov çıxışı zamanı bildirib ki, mədəniyyətin minə yaxın tərifi var.

"Mədəniyyət sosial sistem kimi yayılmalı və elə başa düşülməlidir", - o əlavə edib.

Kulturoloq bildirib ki, sivilizasiya mədəniyyət və anti-mədəniyyətdən ibarət məfhumdur:

"Mədəniyyət insan tərəfindən dərketmə prosesini özündə ehtiva etməli, maddi dəyər və normalar toplusu kimi qavranılmalıdır".

Akademik Nizami Cəfərov da öz növbəsində dil və mədəniyyət anlayışının, həmçinin hüququn paralelliyinə diqqət çəkib:

"Öz tarixinə, dilinə və mədəniyyətinə sahib çıxmayan xalqın inkişafı mümkünsüzdür. Bizdə milli dövlət anlayışı XVI əsrin əvvələrindən başlayıb və bu gün Azərbaycan xalqı həmin coğrafiyada yaşayır. Bu mənada, bizim tariximiz də məhz bu coğrafiyanı özündə ehtiva edir. Azərbaycan mədəni prosesi dedikdə Marağadan Dərbəndə qədər bütün regionun mədəni prosesi nəzərdə tutulmalıdır".

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Nigar Axundova isə qlobal çağırışlar fonunda mədəni mühitin müsbət və mənfi təsirlərə məruz qalması reallığından bəhs edib.

Deputat Erkin Qədirli Azərbaycanın həm türk, həm İslam, həm post-sovet məkanındakı yüksək mövqeyinə diqqət çəkərək bu mənada mədəni anlayışın şaxələnə bilməsi ehtimalını qeyd edib:

"Azərbaycan əsrlər boyu gəlmiş-keçmiş imperiyalardan və onların mədəniyətlərindən özünə lazım olan xeyirli tərəfləri seçib, onlardan nəticələr çıxarıb".

Çıxışların ardınca panel iştirakçıları mədəniyyətə milli və qlobal baxış, eləcə də Azərbaycan dili və digər mədəniyyət dəyərləri ətrafında müzakirələr aparıblar.


SON XƏBƏRLƏR

09 Dekabr 2025