Bakı Dövlət Sirki iki illik fasilədən sonra yenidən tamaşaçıların görüşünə qayıdıb.
Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 24-də baş tutan açılış mərasimində Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya və Argentinadan gələn tanınmış sirk artistlərinin iştirakı ilə maraqlı beynəlxalq proqram təqdim olunub.
Proqram çərçivəsində tamaşaçılar nəfəs kəsən akrobatik çıxışlara, heyrətamiz illüziya nömrələrinə və hər yaş qrupu üçün nəzərdə tutulmuş əyləncəli səhnələrə tamaşa ediblər.
Bakı Dövlət Sirki paytaxt sakinlərini və şəhərin qonaqlarını bu möhtəşəm şouya qatılmağa dəvət edir. Biletləri iticket.az saytından əldə etmək mümkündür.
Bakı 







