• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Aybəniz Haşımova və tələbələrindən unudulmaz konsert -FOTOLAR

MƏDƏNİYYƏT

24 Noyabr 2025 | 12:05

Aybəniz Haşımova və tələbələrindən unudulmaz konsert -FOTOLAR

Şəhriyar adına Mədəniyyət Sarayında bu günlərdə sözün əsl mənasında musiqi bayramı yaşanıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası” Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan möhtəşəm konsert proqramı ilə çıxış edib.

Milli Musiqi günündə keçirilməsi planlaşdırılan sözügedən konsert iki dəfə təxirə düşəndən sonra, nəhayət, musiqisevərlərin intizarına son qoydu. Bu konsert Azərbaycan musiqi həyatında yeni, yaddaqalan səhifə açdı.

Zalın hər yerindən duyulan həyəcan və coşqu, sənətsevərlərin bu gecəni uzun müddətdir gözlədiyini təsdiqləyirdi. Tamaşaçılar arasında şəhid analarından tutmuş sənətkarlarla yanaşı, deputatlar, ziyalılar da vardı.

Səhnəyə çıxan Əməkdar artistin söylədiyi “Üzeyir bəy yaratdığı irslə bizi öz övladına çevirdi” sözləri zalda dərin bir sükut yaratdı.

Aybəniz Haşımova “bu yolun yolçuları” olan tələbələrinə təşəkkür etdi.

Konsert boyu Üzeyir Hacıbəylinini səslənən əsərləri, eləcə də digər bəstəkarların nümunələri tələbələrin yüksək səhnə mədəniyyəti ilə təqdim olundu.
Yaşca müxtəlif, amma istedadda birləşən tələbələr həm vokal, həm aktyorluq bacarıqları ilə alqışlara səbəb oldular.

“Koroğlu”, “Arşın mal alan” və “O olmasın, bu olsun” əsərlərindən səhnəciklər tamaşaçını zaman içində musiqi səyahətinə çıxardı. Gecənin ən kövrək məqamlarından biri Aybəniz Haşımovanın mərhum direktor Cabir İmanovu xatırlaması oldu. Onunla son söhbətini xatırladan Əməkdar artist göz yaşlarına hakim ola bilmədi.

Konsertdə Xalq artisti, böyük ustad Arif Babayevə həsr olunan təqdimat isə alqışlarla qarşılandı. Bu dəfə Aybəniz Haşımova Leyli oldu, Məcnunu isə səhjnədə təfərmüqabil imiş kimi Arif Babayev.

Konsertin Qarabağ mövzusu ilə bağlı hissəsində zal ayağa qalxdı. Heydər Əliyevin və İlham Əliyevin azad Qarabağla bağlı fikirləri ekranda səsləndikcə tamaşaçılar gur alqışlarla dəstək verdi.

Sonda şəhid analarının səhnəyə dəvət olunması musiqi gecəsini emosional zirvəyə çatdırdı.

Əməkdar artist Aybəniz Haşımova təqdim edilən gül dəstələrini analara bağışlayaraq böyük bir insanlıq jestinə imza atdı.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

23 Noyabr 2025