2024–2025-ci illər üzrə “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində xaricdə təhsil alan təqaüdçülərin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mədəniyyət və yaradıcı sənayelərin Təqaüd Proqramının nəticələrinin elan olunmasına həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov məlumat verib.
Bildirilib ki, proqram çərçivəsində ümumilikdə 44 təqaüdçü xaricdə təhsil alır: “Onlardan 19 nəfəri bakalavr, 25 nəfəri isə magistratura pilləsi üzrə təhsilini davam etdirir".
Mina Mikayılova