• Bakı 16° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

“Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açıldı - FOTOLAR

MƏDƏNİYYƏT

22 Oktyabr 2025 | 17:35

“Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açıldı - FOTOLAR

Oktyabrın 22-də Azərbaycan İstiqlal Muzeyində Çanaqqala döyüşlərinin 110 illiyinə həsr olunmuş “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” adlı fotosərgi və panel keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyinin və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşıb.

Açılış mərasimi Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkiyənin səfiri Birol Akgün və digər rəsmilər iştirak ediblər.

Tədbirin panel hissəsində tarixçi Firdovsiyyə Əhmədova və Yusuf Kartal Çanaqqala döyüşlərinin tarixi və strateji əhəmiyyətindən bəhs ediblər. Daha sonra qonaqlar arxiv materiallarından ibarət “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” sərgisi və “Çanaqqala Döyüşləri” mobil muzeyi ilə tanış olublar.

Sərgidə və mobil muzeydə döyüşlərin gedişini, əsgərlərin qəhrəmanlığını əks etdirən fotoşəkillər, sənədlər və eksponatlar nümayiş olunur.

Ekspozisiya oktyabrın 25-dək ziyarətçilər üçün açıq olacaq.


SON XƏBƏRLƏR