Şəhidlərimizin əziz xatirəsi daim cənab Prezidentin və Birinci vitse-prezidentin diqqət mərkəzindədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov bildirib.
Onun sözlərinə görə, “Konstitusiya və suverenlik ili” çərçivəsində Hərbi Memorial Məzarlıqda yenidənqurma işləri aparılıb.
Polkovnik qeyd edib ki, həyata keçirilən bu tədbirlər nəticəsində 670 şəhidimizin uyuduğu ərazidə 44 metr hündürlüyündə abidə ucaldılıb.
Əli Hüseynov