Bu ilin noyabrında Dubayda fəaliyyətə başlayacaq "Ciel Dubai Marina" dünyanın ən hündür hotel binası olacaq.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hotelin saytında məlumat verilib.
Göydələndə həmçinin planetin ən yüksək mənzərəli hovuzu da olacaq.
IHG-nin "Vignette" kolleksiyasına məxsus yeni hotel 377 m hündürlüyündə 82 mərtəbəli göydələndə yerləşəcək. Layihənin əsas xüsusiyyəti 76-cı mərtəbədə yerləşən və dünyanın ən yüksək hovuzu adı uğrunda mübarizə aparacaq hovuz olacaq.