Albaniyanın dövlət idarəçiliyində fəal rol oynayan süni intellekt naziri Diella hamilədir.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bu barədə Albaniyanın baş naziri Edi Rama bildirib.
Onun sözlərinə görə, baş nazir Diellanın tezliklə "83 mini Diella dünyaya gətirəcəyini" açıqlayıb.
Rama qatıldığı tədbirdə korrupsiya ilə mübarizə üçün dövlət tenderlərini idarə etmək üçün təyin edilmiş süni intellekt naziri Diella haqqında da danışıb.
Ramanın planına görə, hər bir deputatın özünəməxsus, süni intellektlə işləyən rəqəmsal köməkçisi olacaq. Bu süni intellekt "körpələri" sessiyalarda iştirak edəcək, müzakirələrə qatılacaq, qanunvericilərə kimin nə dediyi və nəyə cavab verməsi barədə ani təkliflər verəcək.
Murad Məmmədli
Bakı 


