• Bakı 18° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Cinpin Fələstini dəstəklədi

DÜNYA

26 Noyabr 2025 | 09:40

Cinpin Fələstini dəstəklədi

"Çin hakimiyyəti Fələstin xalqını qətiyyətlə dəstəkləyir və onların probleminin ədalətli həllini fəal şəkildə dəstəkləyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin deyib.

"Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fələstin xalqının qanuni milli hüquqlarının bərpasında ədalətli işini qətiyyətlə dəstəkləyir. Çin beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirəcək və Fələstin məsələsinin tezliklə, hərtərəfli, ədalətli və uzunmüddətli həllinə nail olmaq üçün aramsız səylər göstərəcək", - Çin lideri BMT-nin Beynəlxalq Günü münasibətilə keçirilən iclasda çıxışı zamanı vurğulayıb. 

O vurğulayıb ki, Fələstin məsələsi "qlobal idarəetmə sisteminin effektivliyini sınayır". Cinpin əlavə edib ki, Çin beynəlxalq ictimaiyyəti Fələstin probleminin köklü səbəblərini həll etməyə, "məsuliyyət nümayiş etdirməyə" və tarixi ədalətsizlikləri düzəltmək üçün müvafiq tədbirlər görməyə çağırır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026