• Bakı C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Qonşu ölkədə benzin bahalaşdı

DÜNYA

25 Dekabr 2025 | 23:59

Qonşu ölkədə benzin bahalaşdı

İranda satışına başladılan yüksək keyfiyyətli benzinin litri 800 min rial, təxminən bir manata qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad məlumat verib.

Belə ki, dekabrın 25-də yüksək keyfiyyətli benzinin satışı ilə bağlı pilot layihəyə start verilib. Lakin qiymət artımı birmənalı qarşılanmayıb.

M.Paknejad bildirib ki, pilot layihə istehlakçı tələbatını və qiymət artımını sınaqdan keçirmək üçün hazırlanıb.

"Azı 17 şirkət artıq bu benzini idxal etmək üçün icazə alıb, lakin onların bazara daxil olması pilot mərhələnin nəticəsindən və istehlakçıların son qiymətə reaksiyasından asılı olacaq", - nazir qeyd edib./Publika.az


SON XƏBƏRLƏR

25 Dekabr 2025