İstanbulda və Türkiyənin bir sıra vilayətlərində hava temperaturun kəskin aşağı düşməsi gözlənilir, bəzi yerlərdə qar yağacaq.
Bakıvaxtı.az xəbər verir ki, artıq əhaliyə 26 dekabr 2025-ci il - 2 yanvar 2026-cı il tarixləri arasında ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.
Məlumata əsasən, İstanbulda temperatur 0 dərəcəyə, Ədirnə və Kırklarelidə -3 dərəcəyə, Tekirdağ və Kocaelidə -1 dərəcəyə, Sakaryada -2 dərəcəyə, Yalovada isə +1 dərəcəyə düşəcək.
Dekabrın 27-dən etibarən Kocaeli, Sakarya, Yalova və Anadolunun dağlıq ərazilərinə qar yağacağı proqnozlaşdırılır.
Bakı 




