ABŞ prezidenti Donald Tramp Venesuela ilə gərginliyin davam etməsinə baxmayaraq, prezident Nikolas Maduro ilə görüşməyə hazır olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp “Cartel de los Soles” təşkilatının xarici terror siyahısına daxil edilməsini xatırladaraq, Venesueladan qaynaqlanan problemlərin həlli üçün bütün variantların nəzərdən keçirildiyini vurğulayıb.
Həmçinin qeyd olunub ki, ABŞ-nin “narkotiklə mübarizə” məqsədilə bölgəyə göndərdiyi “USS Gerald R. Ford” aviadaşıyıcısı Latın Amerikasına çatıb.
Maduro isə buna cavab olaraq 4,5 milyon milis qüvvəsinin səfərbər olunduğunu və mümkün hücumlara qarşı tam hazır vəziyyətdə olduqlarını bəyan edib.
Əli Hüseynov
Bakı 


