Böyük Britaniyanın Baş naziri Kir Starmer çərşənbə axşamı "istəklilər koalisiya"nın onlayn iclası zamanı Londondan Kiyevə yeni hava hücumundan müdafiə (HHM) raketlərinin göndəriləcəyini elan edib.
Bakıvaxı.az "Guardian" qəzetinə istinadən məlumatına görə, Starmer koalisiya ölkələrinin liderlərini Ukraynada mümkün hərbi kontingentin yerləşdirilməsi ilə bağlı möhkəm öhdəliklər götürməyə çağırıb.
"Yaxın həftələrdə Böyük Britaniya Ukraynaya daha çox hava hücumundan müdafiə raketləri göndərəcək", – deyə baş nazir bildirib.
Starmer həmçinin Rusiyadan enerji daşıyıcılarının tədarükünə tam embarqo tətbiq etməyə çağırıb və bunun Moskva üzərində təzyiqi davam etdirəcəyini, son tədbirlərin artıq təsir göstərdiyini vurğulayıb.
Onun sözlərinə görə, Ukraynada mümkün atəşkəs barədə danışıqlar müsbət istiqamətdə irəliləyir. "Ukrayna ABŞ-nin nizamlanma planına bəzi konstruktiv dəyişikliklər təklif edib və Kiyevin Avropalı müttəfiqləri bu dəyişiklikləri dəstəkləyiblər", – deyə nəşr Starmerdən sitat gətirib.
Bakı 



