• Bakı 8° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tramp Uitkoffu Kremlə göndərir

DÜNYA

26 Noyabr 2025 | 00:11 | Müəllif: Subhan Mahmudov

Tramp Uitkoffu Kremlə göndərir

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffu Kremlə göndərir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tramp sosial media platforması "TruthSocial"da bildirib. 

O, Uitkoffa Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi tapşırdığını açıqlayıb.

Trampın sözlərinə görə, Uitkoff Kremldə görüşlər keçirərkən, ordu katibi Den Driskol Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparacaq.

Tramp vitse-prezident C.D. Vance, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Ağ Evin aparat rəhbəri Suzi Uayls ilə görüşün nəticələrini gözləyəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026