Fransaya qaçan və FETÖ ilə əlaqəsi olduğu bildirilən seneqallı iş adamı Madiambal Diaqnenin Seneqala ekstradisiyası ilə bağlı qərar açıqlanacaq.
Bakıvaxtı.az xəbər verir ki, məhkəmə Seneqaldan Diaqnenin işi üzrə əlavə sənədlər tələb edib və ekstradisiya prosesi hazırda Parisdə araşdırılır.
“Çirkli pulların yuyulması”, “dövlət vəsaitlərindən sui-istifadə” və “əsassız varlanma”da ittiham olunan Diaqne ittihamları rədd edərək istintaqı “siyasi təqib” adlandırıb.
Bununla yanaşı, onun FETÖ-nün Seneqaldakı məktəb şəbəkəsi ilə yaxın əlaqələri, həmçinin Fətullah Gülənlə şəxsi münasibətlərini əks etdirən paylaşımları da araşdırmanın əsas istiqamətlərindən biri kimi qiymətləndirilib.
Əli Hüseynov
Bakı 


