• Bakı 12° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Tramp: Ukrayna ərazi güzəşti etməlidir

    DÜNYA

    26 Noyabr 2025 | 09:13

    Tramp: Ukrayna ərazi güzəşti etməlidir

    ABŞ prezidenti Donald Tramp bildirib ki, sülh razılaşmasına nail olmaq üçün Ukrayna bəzi ərazilərdən imtina etməlidir. Bu olmasa, əraziləri bir neçə ay ərzində itirə bilər.

    Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti jurnalistlərə açıqlamasında deyib.

    “Baxın, hər şey bir istiqamətdə gedir. Nəhayət, yaxın bir neçə ay ərzində bu torpaqlar Rusiyanın əlinə keçə bilər. Deməli, ya döyüşüb daha 50–60 min insan itirmək istəyirsiniz, ya da elə indi nəsə etmək istəyirsiniz”, – deyə Tramp bildirib.

    ABŞ Prezidenti əlavə edib: “Bu müharibə illərlə davam edə bilər və Rusiyanın daha çox insan və hərbi resursu var. Ona görə mən hesab edirəm ki, Ukrayna saziş bağlaya bilsə, bu, yaxşı olardı. Düşünürəm ki, bu, hər iki tərəf üçün əla seçim olar”.


    SON XƏBƏRLƏR

    25 Noyabr 2025