“Bloomberg” agentliyi Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun telefon danışıqlarının iki transkriptini dərc edib.
Bakıvaxtı.az xəbər verir ki, transkriptlərdən biri Uitkoffla Uşakov arasında söhbətin səs yazısıdır.
Digəri isə Dmitriyev və Uşakovun danışığıdır.
Nəşr iddia edir ki, Uitkoff Uşakovla ABŞ Prezidenti Donald Trampla ünsiyyət strategiyasını müzakirə edib.
O, həmçinin Qəzzada əvvəllər təqdim edilənə bənzər 20 maddəlik sülh təklifi hazırlamağı təklif edib. Zəng 14 oktyabrda baş tutub.
Uitkoff: Düşünürəm ki, Rusiya-Ukrayna münaqişəsini həll etsək, hamı sevincdən tullanacaq.
Uşakov: Bəli, yalnız bir problemi həll etməlisiniz.
Uitkoff: Hansını?
Uşakov: Rusiya-Ukrayna müharibəsini.
Başqa bir zəng oktyabrın 29-da baş tutub. Dmitriyev Uşakova münaqişənin həlli ilə bağlı Rusiyanın planını Ağ Evə çatdırmaq niyyətində olduğunu bildirib:
“Bu sənədi sadəcə öz mövqeyimizdə olduğu kimi hazırlayacağıq və bütün bunların qeyri-rəsmi olduğunu birbaşa bildirəcəyəm. Və qoy bunu özləri düzəltsinlər. Düşünürəm ki, onlar bizim dəqiq versiyamızı götürməyəcəklər, amma heç olmasa mümkün qədər ona yaxın versiyanı götürəcəklər”.
Axar.az
Bakı 



