• Bakı 18° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Argentinada aralıq parlament seçkisində hakim partiya liderlik edir

DÜNYA

27 Oktyabr 2025 | 09:22

Argentinada aralıq parlament seçkisində hakim partiya liderlik edir

Argentinada aralıq parlament seçkisində hakim Azadlıq Gəlir Partiyası liderlik edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Argentina Milli Seçki İdarəsi yayıb.

Məlumata görə, Prezident Xavyer Mileyin partiyası paytaxt Buenos-Ayresdə və 23 əyalətdən 15-də liderlik edir.

Onun başlıca rəqibi sabiq prezident Kristina Fernandes de Kirşnerin liderlik etdiyi "Vətən gücü" koalisiyasıdır.

Bildirilir ki, Deputatlar Palatasında 127, Senatda isə 24 yer yenilənib.

Bir çox müşahidəçi aralıq seçkini Prezident Xavyer Miley Administrasiyasının həyata keçirdiyi islahatlara dəstək səviyyəsinin yoxlanılması kimi qiymətləndirir. Onun 2023-cü ilin dekabrında hakimiyyətə gəlişindən sonra büdcə xərcləri kəskin azaldılıb, iqtisadiyyatın yenidən tənzimlənməsi üzrə tədbirlər paketi qəbul edilib. Hökumət rəsmi yoxsulluq səviyyəsini azaltmağa və inflyasiya sürətini yavaşlamağa nail olub.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025