Müharibəni bitirmək üçün ABŞ-ın təklif etdiyi sülh planı üzrə irəliləməyə hazırıq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “İstəklilər Koalisiyası”nın iclasında deyib.
Ukrayna lideri ABŞ Prezidenti Donald Trampla sülh planının həssas məqamlarını müzakirə etməyə hazır olduğunu qeyd edib.
Zelenski həmçinin koalisiya üzvlərini Ukraynada "çəkindirici qüvvələrin" yerləşdirilməsi üçün çərçivə hazırlamağa və Rusiya müharibəni bitirməyə hazır olana qədər dəstəyini davam etdirməyə çağırıb.
Bakı 



