Rusiya Prezidenti Vladimir Putin hakimiyyətə gələndən bəri ölkə totalitar dövlətə çevrilib, Putinin özü isə öz rejimini hər cür təhlükədən ehtiyatla qoruyur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb..
"Bu yaxınlarda Rusiya FTX-si hazırda Londonda yaşayan Mixail Xodorkovskini və Rusiya Müharibə Əleyhinə Komitəsinin 22 üzvünü dövlət çevrilişinə cəhddə ittiham edib. Kəşfiyyat orqanlarının məlumatına görə, Rusiyanın Ukrayna müharibəsinə qarşı çıxmaq məqsədilə yaradılan komitə guya hakimiyyəti zorakılıqla ələ keçirməyi və konstitusiya quruluşunu devirməyi planlaşdırır. Bu, Putinin yeni həssaslığının təzahürüdür" ,- məlumatda deyilib.
ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst isə bildirib ki, Kreml rejimi paranoyakdır:
"Putin öz rejimini gücləndirmək üçün düşmənlər axtarır".
Bakı 


