• Bakı 17° C

    2.14 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Rusiya bənzəri olmayan raket yaradıb-SON SINAQ

DÜNYA

27 Oktyabr 2025 | 08:19

Rusiya bənzəri olmayan raket yaradıb-SON SINAQ

Prezident Vladimir Putin Rusiyanın Ukraynaya hücumu zamanı 14 min km-ə qədər mənzilli unikal silah olan Rusiyanın nüvə mühərrikli qanadlı raketi - "Burevestnik"  in uğurlu yekun sınağını elan edib.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, V.Putin hərbi rəsmilərlə görüşü zamanı qeyd edib ki, həlledici sınaqlar artıq başa çatıb:

"Bu silahı Rusiya silahlı qüvvələrinin tərkibində istifadəyə vermək üçün infrastrukturun hazırlanmasına başlanılmasına göstəriş vermişəm. Bu, dünyada heç bir ölkədə olmayan unikal bir raketdir.

Qeyd edək ki, oktyabrın 21-də keçirilən sonuncu sınaq zamanı “Burevestnik” raketi havada təxminən 15 saat ərzində 14 min km məsafə qət edib. Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimov bildirib ki, "Burevestnik"in texniki xüsusiyyətləri onu istənilən məsafədə yerləşən yüksək mühafizə olunan ərazilərə qarşı zəmanətli dəqiqliklə istifadə etməyə imkan verir.  

Məlumat üçün bildirək ki, V.Putin 2018-ci ildə bütün ələ keçirmə sistemlərinin öhdəsindən gəlməyə qadir olan raketlərin hazırlandığını bəyan edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Oktyabr 2025