• Bakı 17° C

    2.14 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Amerika prezidenti olmaq istəyir

DÜNYA

27 Oktyabr 2025 | 09:06

Amerika prezidenti olmaq istəyir

Kaliforniya ştatının qubernatoru Qevin Nyusom 2028-ci il prezident seçkilərində iştirak edə biləcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "CBS News Sunday Morning" verilişinə müsahibəsində bildirib.

Nyusom deyib ki, 2026-cı ildə keçiriləcək aralıq seçkilərdən sonra bu qərarı “ciddi şəkildə nəzərdən keçirəcək”:

“Əksini desəydim, yalan danışmış olardım. Qoy taleyin özü qərar versin,” - deyə o əlavə edib.

Nyusomun qubernator kimi səlahiyyət müddəti 2027-ci ilin yanvarında başa çatacaq. Kaliforniya qanunlarına görə, o, ardıcıl üçüncü müddətə namizəd ola bilməz. O, ilk dəfə 2018-ci ildə, ikinci dəfə 2021-ci ildə isə seçilib.

Hazırda Nyusom “Təklif 50” adlı qanun layihəsini irəli sürüb. Sənəd demokratlara Kaliforniyada seçki dairələrinin sərhədlərini dəyişmək imkanı verəcək. Qubernator bildirib ki, bu təşəbbüs Tramp administrasiyasının Texasda dairə xəritələrini dəyişmə cəhdlərinə cavabdır.

Nyusom bildirib ki, Prezident Bayden yarışdan çəkildikdən sonra da onunla əlaqə saxlayır. O həmçinin sabiq prezident Barak Obama ilə də yaxın münasibətlərə malikdir.

Demokratlar düşərgəsində digər mümkün namizədlər sırasında İllinoys qubernatoru Cey Prisker, Kentukki qubernatoru Endi Beşir və Pensilvaniya qubernatoru Coş Şapiro göstərilir. Sabiq vitse-prezident Kamala Harris də BBC-yə müsahibəsində gələcəkdə prezidentliyə yenidən namizəd ola biləcəyini istisna etməyib və ABŞ-da qadın prezidentin “mütləq” olacağına inandığını deyib.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025