• Bakı 17° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Siyasətçi Moskvadan qayıdarkən Londonda saxlanıldı

DÜNYA

27 Sentyabr 2025 | 23:07

Siyasətçi Moskvadan qayıdarkən Londonda saxlanıldı

Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri Corc Qallovey və həyat yoldaşı Moskvadan qayıdarkən London hava limanında polis tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tеlegraf” nəşri yazıb.

Nəşrin məlumatına görə, solçu siyasətçi və həyat yoldaşı Putri Qayatri Pertivi sentyabrın 27-də Əbu-Dabi vasitəsilə Rusiya paytaxtından Qatvik hava limanına gəliblər.

Metropoliten Polisinin Terrorla Mübarizə İdarəsinin əməkdaşları 2019-cu il Terrorizmlə Mübarizə və Sərhəd Mühafizəsi Aktının 3-cü Bölməsinə uyğun olaraq Qatvik hava limanında 70 yaşlarında kişi və 40 yaşlarında bir qadını saxlayıb. Cütlük heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb. Hüquq-mühafizə orqanları daha ətraflı məlumat verməyib.


SON XƏBƏRLƏR

27 Sentyabr 2025