• Bakı 17° C

    7.02 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Belçikanın 5,6 milyarda aldığı qırıcılar anqarlarda qalıb

DÜNYA

27 Oktyabr 2025 | 21:20

Belçikanın 5,6 milyarda aldığı qırıcılar anqarlarda qalıb

Belçikanın ABŞ-dən aldığı F-35 tipli müasir döyüş təyyarələrinin ilk partiyası ölkəyə çatsa da, nəticə tragikomik olub.

Bakıvaxtı.az xəbər verir ki, bu təyyarələrin Belçika səmasında uça bilmədiyi üzə çıxıb.

Belçika hökuməti 2018-ci ildə ABŞ-yə 34 ədəd F-35 qırıcısı sifariş etmişdi. Müqavilənin ümumi dəyəri 5,6 milyard avro təşkil edib. Beşinci nəsil bu təyyarələr dünyanın ən qabaqcıl hərbi texnologiyalarından biri hesab olunur. İlk təyyarələr artıq təhvil verilib və rəsmi mərasimdə Belçika kralı şəxsən iştirak edib.

Təhvil mərasimindən az sonra ordu və hökumət başa düşüb ki, ölkənin məhdud hava məkanı bu təyyarələrin uçuş və təlimləri üçün yararsızdır. Təyyarələr var, amma uçuş yeri yoxdur. Hazırda F-35-lər anqarlarda qalmaqdadır.


SON XƏBƏRLƏR