• Bakı 12° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Türkiyədə 120 şagird qidadan zəhərləndi

DÜNYA

26 Noyabr 2025 | 21:05

Türkiyədə 120 şagird qidadan zəhərləndi

Türkiyədə 120 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Türkiyənin Bingöl vilayətinin Adaklı rayonunda baş verib.

Belə ki, buradakı regional internat orta məktəbi və şəhid Hikmət Saydan adına ibtidai məktəbində şagirdlərə verilən naharda ayran, toyuq və plovdan sonra bir sıra şagirdlərdə ürəkbulanma və halsızlıq müşahidə olunub.

Qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım briqadaları məktəblərə cəlb edilib.

İlkin məlumata görə, 120 şagird tədricən Adaklı və Kiğı Dövlət Xəstəxanalarına çatdırılıb. Onlardan 13-nün isə Bingöl Dövlət Xəstəxanasına göndərildiyi bildirilib.

Bingöl Valiliyi hadisə ilə bağlı həm hüquqi, həm də inzibati araşdırmalara başlanıldığını, qida nümunələrinin götürülərək laboratoriyaya göndərildiyini açıqlayıb.


SON XƏBƏRLƏR